Qafqaz üçün yeni eranın başlanğıcı: Fon der Lyayen və İlham Əliyevdən sülh bəyanatı-VİDEO
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
1xeber.media-nın məlumatına görə, Avropa Komissiyasının rəhbəri mətbuata bəyanatında bu sənədi "tarixi" adlandırıb və regionda sabitliyin təmin olunmasında Azərbaycan liderinin rolunu xüsusi vurğulayıb: “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır”.