Hüquq-mühafizə orqanları ilə vətəndaşlar arasında qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsi cəmiyyətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrincə, cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunmasında polis-vətəndaş həmrəyliyi əsas amillərdən biridir.
1xeber.media bildirir ki,son illər vətəndaşların hüquq-mühafizə orqanları ilə əməkdaşlığının genişlənməsi, baş verən hüquqpozmalara operativ reaksiya verilməsi və ictimai nəzarət mexanizmlərinin inkişafı təhlükəsizlik sahəsində müsbət nəticələrin əldə olunmasına töhfə verir.
Ekspertlər hesab edirlər ki, hüquqi maarifləndirmənin artırılması, vətəndaş müraciətlərinə operativ baxılması və şəffaf fəaliyyət polisə ictimai etimadı daha da gücləndirir. Bu isə həm cinayətlərin qarşısının alınmasına, həm də hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə xidmət edir.
Qeyd olunur ki, təhlükəsiz cəmiyyət yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə deyil, hər bir vətəndaşın məsuliyyətli davranışı və qanunlara hörməti ilə formalaşır. Polis və cəmiyyət arasında qurulan sağlam əməkdaşlıq ölkədə sabitliyin və ictimai təhlükəsizliyin əsas dayaqlarından biri hesab edilir.