Вернуться назад Распечатать

Gecə-gündüz, müxtəlif hava şəraitində xidmət – Polis təhlükəsizliyin keşiyindədir-VİDEO

 İctimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində polis əməkdaşları gecə-gündüz, istənilən hava şəraitində xidmətlərini davam etdirirlər. Yağış, qar, güclü külək və ya qızmar istilər onların üzərinə düşən məsuliyyətin icrasına mane olmur.

1xeber.media bildirir ki,polis əməkdaşları küçə və prospektlərdə patrul xidmətini həyata keçirir, yol hərəkətinin təhlükəsizliyini təmin edir, cinayətlərin qarşısının alınması və ictimai asayişin qorunması istiqamətində fasiləsiz fəaliyyət göstərirlər. Xüsusi günlərdə, kütləvi tədbirlər zamanı və fövqəladə hallarda da onlar xidmətlərini yüksək peşəkarlıqla yerinə yetirirlər.

Vətəndaşların təhlükəsizliyi naminə gecə-gündüz çalışan polis əməkdaşlarının əməyi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Hüquq-mühafizə orqanları ilə vətəndaşlar arasında qarşılıqlı etimad və əməkdaşlığın güclənməsi ölkədə sabitliyin və təhlükəsizliyin qorunmasına mühüm töhfə verir.