Вернуться назад Распечатать

Qarabağda qürurlu və təhlükəsiz xidmət – Polis əmin-amanlığın keşiyindədir-VİDEO

Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra Qarabağda həyatın bütün sahələrində olduğu kimi, təhlükəsizlik istiqamətində də mühüm addımlar atılır.

1xeber.media bildirir ki,bu prosesdə polis əməkdaşları azad edilmiş ərazilərdə ictimai asayişin qorunması, qanunun aliliyinin təmin olunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün gecə-gündüz xidmət aparırlar.

Qarabağda xidmət edən polis əməkdaşları yaşayış məntəqələrində sabitliyin qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, hüquqpozmaların qarşısının alınması və əraziyə qayıdan sakinlərin rahatlığının təmin olunması istiqamətində mühüm vəzifələri yerinə yetirirlər.

Müasir texniki vasitələrdən istifadə etməklə həyata keçirilən xidmət fəaliyyəti bölgədə təhlükəsizlik mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir. Polis əməkdaşlarının peşəkarlığı və fədakar xidməti Qarabağda bərpa olunan həyatın ayrılmaz hissəsinə çevrilib.

Qarabağda təhlükəsizliyin qorunması təkcə hüquq-mühafizə orqanlarının deyil, həm də bölgənin inkişafı, sakinlərin rahat yaşayışı və dayanıqlı sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.