Вернуться назад Распечатать

Yüzlərlə sürücüyə bir tualet, rüşvət verənə "yaşıl dəhliz" — Sədərək gömrüyündə nələr baş verir?-VİDEO

Sədərək Gömrük Postunda Rüşvət və Süni Növbə Qalmaqalı: Sürücülər Etiraz Edir

 Azərbaycan ilə Türkiyə sərhədində yerləşən Sədərək gömrük-keçid məntəqəsində yük avtomobillərinin (TIR) sürücüləri ciddi qanunsuzluq və korrupsiya iddiaları ilə çıxış ediblər.
1xeber.media xəbər verir ki,sürücülərin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, gömrükdə keçid növbələri bəzi rəsmi əməkdaşlar tərəfindən rüşvət qarşılığında satılır.
"Növbədənkənar Keçid Üçün 50–100 Manat Tələb Olunur"
Şikayətçi sürücülərdən Rafiq Qurbanov bildirib ki, günlərlə günəş altında növbə gözlədikləri halda, rüşvət verən şəxslər növbədənkənar irəli buraxılır: