Вернуться назад Распечатать

Arzum 9999 işi ilə bağlı yeni iddialar: Şahidlərin danışmağa başladığı bildirilir-VİDEO

“Arzum 9999” ləqəbi ilə tanınan İlduzə Hacıyevanın məhkəmə qərarı ilə 5 il 2 ay azadlıqdan məhrum edilməsindən sonra sosial şəbəkələrdə işlə bağlı yeni müzakirələr başlayıb.


1xeber.media xəbər verir ki, jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında paylaşım edərək hadisə şahidlərindən birinin onunla əlaqə saxladığını bildirib. O, paylaşımında şahidin hadisə yerində İlduzə Hacıyevanın ərazini tərk etmədiyini və sonradan xəstəxanaya aparıldığını iddia etdiyini qeyd edib.

Qənirə Ataşova hadisə şahidlərini bildiklərini hüquq-mühafizə orqanları ilə bölüşməyə çağıraraq, iş üzrə bütün halların tam araşdırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, jurnalistin paylaşımında yer alan fikirlər onun şəxsi mövqeyi və səsləndirdiyi iddialardır. Hazırda həmin iddialarla bağlı hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama verilməyib.