Вернуться назад Распечатать

Dünyanın gözü Ankarada: NATO sammitindən gizli gedişlər və regional ssenarilər-VİDEO

1xeber.media xəbər verir ki, NATO-ya üzv 32 ölkənin liderini və 40-dan çox tərəfdaş dövlətin nümayəndə heyətlərini bir araya gətirən Ankara Sammiti yalnız rəsmi bəyanatlarla deyil, pərdəarxası diplomatik təmaslar və strateji müzakirələrlə də dünya gündəminin əsas mövzusuna çevrilib. Sammit çərçivəsində ümumi iqtisadi gücü təxminən 70 trilyon dollar olan ölkələrin liderləri qlobal təhlükəsizlik, müdafiə siyasəti və yeni hərbi-strateji prioritetləri müzakirə edirlər.

Kritik görüşlər və pərdəarxası diplomatiya

Sammitin ən çox diqqət çəkən hadisələrindən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilməsi planlaşdırılan ikitərəfli görüşdür.

Məlumata görə, Ankara bu görüşdə Türkiyənin F-35 qırıcı proqramına yenidən qoşulması məsələsini gündəmə gətirməyi, həmçinin müttəfiq ölkələrin müdafiə sənayesi sahəsində tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə etməyi planlaşdırır.

Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Qara dənizdə təhlükəsizlik, regional sabitlik və Ankaranın vasitəçilik təşəbbüsləri ilə bağlı mövqeyini diqqətə çatdıracağı gözlənilir.

Diplomatik mənbələrin məlumatına görə, sammit çərçivəsində Türkiyə, Pakistan və Qətərin iştirakı ilə ABŞ və İran arasında davamlı atəşkəsin təmin olunmasına yönəlmiş qapalı diplomatik təmaslar da davam edir. Rəsmi təsdiqini tapmasa da, bu təşəbbüslərin regional gərginliyin azaldılması və dialoq imkanlarının genişləndirilməsi məqsədi daşıdığı bildirilir.

Ankara Sammitində qəbul ediləcək qərarların NATO-nun gələcək təhlükəsizlik strategiyasına, müdafiə sənayesinə və beynəlxalq geosiyasi proseslərə mühüm təsir göstərəcəyi gözlənilir.