11 il sonra bir ilk: Tramp Ankarada Ərdoğanla görüşür-VİDEO
Türkiyənin paytaxtı Ankara tarixi günlərindən birini yaşayır. ABŞ Prezidenti Donald Trampın Türkiyəyə rəsmi səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşü başlayıb.
Məlumata görə, Ankarada keçirilən NATO Sammitində iştirak etmək üçün ölkəyə gələn Donald Trampı hava limanında şəxsən Prezident Ərdoğan qarşılayıb. Qarşılama mərasimindən sonra liderlər Prezident Kompleksində mətbuata qapalı təkbətək görüşə keçiblər.
Bu səfər ABŞ tərəfindən 2015-ci ildən bəri Ankaraya dövlət başçısı səviyyəsində reallaşdırılan ilk rəsmi vizit olması ilə tarixi əhəmiyyət kəsb edir.