Dünyanın maliyyə və texnologiya paytaxtı Nyu-York çarəsizdir. İntensiv leysan yağışları ABŞ-ın bu nəhəng meqapolisini bir neçə saatın içində iflic etdi. İnfrastrukturun müasirliyi, çoxmilyardlıq drenaj sistemləri belə təbiətin bu qəfil zərbəsi qarşısında tab gətirə bilmədi. İqtisadi gücündən və inkişaf səviyyəsindən asılı olmayaraq, yer üzündə heç bir ölkə təbii fəlakətlərdən 100 faiz sığortalanmayıb. İnsanlıq bu fəsadların qarşısını tam almaq gücündə deyil.