Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azəri Biznes” MMC (VÖEN – 1401122631) ilə satınalma müqaviləsi imzalayıb.
1xeber.media Yeniavaz.com-a istinadla xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, “Azəri Biznes” MMC FHN-in sifarişi əsasında Ağsu rayonunun Xatman kəndi ərazisində yeni salınmış 25 ədəd fərdi yaşayış evlərindən ibarət massivdə məhəlləarası asfalt yolun bərpası işlərini həyata keçirəcək və qarşılığında 985 min 317 manat 48 qəpik alacaq.