Вернуться назад Распечатать

Şuşa Qlobal Media Forumunun iştirakçıları gözəl və yenilənən Şuşamızda gəzintidə-VİDEO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində genişmiqyaslı tanışlıq gəzintisinə başlayıblar. Dünyanın 53 ölkəsindən gələn 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs şəhərdə sürətlə aparılan bərpa işləri və müasir infrastruktur layihələri ilə yaxından tanış olurlar.