Mediada dil qüsurlarına son qoyulacaq? Yeni masaüstü kitab nəşr olundu!
Medianın İnkişafı Agentliyi, Teleradio Akademiyası və “Azərsun Holdinq”in birgə təşəbbüsü ilə jurnalistlər və tələbələr üçün “Mediada Azərbaycan dili” vəsaiti işıq üzü görüb. Tanınmış dilçi alimlərin həmmüəllif olduğu kitab audiovizual mediada dil mədəniyyətini yüksəltməyi hədəfləyir. Ətraflı süjetdə!