Şəki-Zaqatala Regional Məşğulluq filialının rəhbərliyi barəsində şok ittihamlar səsləndirilib.
1xeber.media-ya müraciət edən Laçın rayonundan olan məcburi köçkün Əbdül Abdullayev, qurumun müdiri Abdulla Kərimovun fəaliyyətindən kəskin şikayətçidir. Vətəndaş iddia edir ki, dövlət proqramlarının icrası zamanı qarşılaşdığı haqsızlıqları ifşa etdiyi üçün rəhbər şəxs tərəfindən hədə-qorxu və ağır psixoloji təzyiqlərə məruz qalıb. Hüquq-mühafizə orqanlarına edilən çoxsaylı müraciətlərin hələ də nəticəsiz qaldığını deyən şikayətçinin fəryadı növbəti süjetimizdə.