Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov Power China Resources şirkətinin prezidenti cənab Yang Tianfunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
1xeber.media xəbər verir ki,örüşdə dövlət-özəl tərəfdaşlığı modeli də daxil olmaqla müxtəlif maliyyələşdirmə mexanizmləri əsasında Azərbaycanda alternativ enerji və su infrastrukturu layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.
Zaur Mikayılov çıxışı zamanı Çin Xalq Respublikasının alternativ enerji, alternativ su mənbələrinin inkişafı və su infrastrukturu sahələrində qazandığı zəngin beynəlxalq təcrübəni yüksək qiymətləndirdiyini bildirib.
Sonda tərəflər Azərbaycanda bərpa olunan enerji və dayanıqlı su idarəçiliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.