Вернуться назад Распечатать

Vəzifədəykən qurulan gizli imperiya: Sabiq sədrin Almaniyadakı nəhəng təsərrüfatı üzə çıxdı-VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq İdarə Heyətinin sədri Saleh Məmmədovun xaricdəki mümkün biznes fəaliyyəti ilə bağlı yeni fakrlar oraya çıxıb. 

1xeber.media məlumatına görə, Saleh Məmmədov Almaniyada 24 hektar torpaq sahəsi alıb. Gördüyünüz bu fotolar həmin torpaq sahəsinə aid olduğu bildirilir. 


Qeyd edək ki, Almaniyadakı bu torpaq sahəsi Saleh Məmmədovun xaricdə olduğu iddia edilən biznes aktivlərindən yalnız biridir. Onun müxtəlif ölkələrdə və Azərbaycanda geniş biznes şəbəkəsinin mövcud olduğu ilə bağlı dəfələrlə məlumatlar səslənib.

Qeyd edək ki, hələ Saleh Məmmədov vəzifədə olarkən belə onun əmlakları ilə bağlı mediada müxtəlif məlumatlar yayılıb. Həmin məlumatlarda onun adına və ya onunla əlaqələndirilən daşınmaz əmlaklar, villalar və digər aktivlər barədə müxtəlif məlumatlar yer alıb.