Açıq təzyiqlər, qarşıdurma və bir ailənin qanuni mülkünü zəbt etmək cəhdləri... Nərimanov rayonunda yerləşən bu mənzildə bu gün ciddi gərginlik yaşanıb. Əlində dövlətin rəsmi mülkiyyət sənədi – çıxarışı olan Safura Adıgözəlovanın qapısına məhkəmə icraçıları dayanıb. Qanuni sənəd sahibinə rəsmi qərar göstərilmədən zor tətbiq olunur, qadın öz doğma evindən məcburi şəkildə çıxarılmaqla hədələnir. Bəs bu görünməmiş qanunsuzluq iddialarının arxasında kim dayanır?
Bununla da kifayətlənməyən dövlət məmuru, iddialara görə, şirkətin idarəetməsini və vergi qeydiyyatını birbaşa Gəncə şəhərindəki idarəyə yönləndirib. Şirkətin sənədləri üzərində aparılan manipulyasiyalar nəticəsində iş adamının adına süni şəkildə 'külli miqdarda vergi borcu' formalaşdırılıb və Füzuli Adıgözəlov məhz bu bəhanə ilə həbs edilib. İndi isə Şahin Eyyubov iddia olunan bu qondarma borclar müqabilində, Safura xanımın xəbəri və imzası olmadan gizli yollarla ərinin adına keçirilən məhz bu mənzili – Nərimanov rayonundakı mülkü tələb edir!
Safura xanım qarşı tərəfə olduqca məntiqli və hüquqi bir təklif irəli sürüb: 'Əgər iddia etdiyiniz kimi ortada real bir borc varsa, mən digər bir obyektimi satıb o borcu nağd pulla ödəyirəm.' Lakin iddiaya görə, vergi rəisi Şahin Eyyubov bu qanuni təklifi rədd edir. O, nağd pulu və ya başqa mülkləri deyil, israrla və hədəf yönümlü şəkildə məhz Safura xanımın atası tərəfindən ona bəxş edilən bu doğma evini əlindən almaq istəyir. Bu isə prosesin arxasında başqa niyyətlərin dayandığının açıq sübutudur.
Təzyiqlər hazırda ailənin yeganə dolanışıq mənbəyinə də yönəlib. Sözügedən mənzilin qarşısında yerləşən və Safura xanımın adına olan obyekt rəsmi müqavilə ilə 2028-ci ilə qədər icarəyə verilib. Lakin iddiyaya görə, Vergi rəisi Şahin Eyyubov vəzifə səlahiyyətlərindən istifadə edərək həmin icarədarlara kəskin təzyiqlər göstərib. Nəticədə, məmurun qorxusundan icarədarlar artıq 3 aydır ki, qanuni müqavilə pulunu sahibinə deyil, birbaşa Şahin Eyyubova ödəyirlər. Safura xanım həm evsiz, həm də maddi gəlirsiz qoyulmaq istənir.
Bütün bu ağır təzyiqlərə baxmayaraq, Safura Adıgözəlova dövlətin qanununa sığınır. O, vəsatət qaldırıb və məhkəmə növbəti prosesi 31 avqust tarixinə təyin edib. Vətəndaş bildirir ki, avqustun 31-də məhkəmə hansı hüquqi qərarı çıxaracaqsa, yalnız ona uyğun hərəkət edəcək. Bəs məhkəməni gözləmədən bir qadına qarşı vəzifə gücü və dövlət orqanının adı ilə hücum çəkənlər qanundan üstündürmü? Ümid edirik ki, aidiyyatı qurumlar vergi məmurunun adı ətrafında dönən bu sarsıdıcı iddiaları, qondarma borc israrlarını, icarə haqlarının mənimsənilməsini və vətəndaşın can təhlükəsizliyini dərhal nəzarətə götürəcək. Mövzu diqqətimizdədir.Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq!