Вернуться назад Распечатать

Hacı Mazanın qanunsuz tikinti planı: Ona arxa duran nüfuzlu "Hacı" kimdir?-VİDEO

Masallıda dəhşətli ekoloji cinayət: Ağacları əvvəlcə zəhərləyib qurutdular, sonra kəsdilər!

Rayonun "Köhnə bazar" adlanan ərazisində biznes maraqlarına görə ana təbiətə qarşı görünməmiş bir plan həyata keçirilib. Tikintiyə mane olmasın deyə, çoxillik şam ağaclarının dibinə zəhərli məhlul tökərək qurutdular. Adı ekoloji "soyqırımlarda" tez-tez hallanan iş adamı, "Hacı Mazan" kimi tanınan Ramazan Zeynalova məxsus ərazidə törədilən bu qanunsuzluğa kim rəvac verir? Heç bir rəsmi icazə rəyi olmadan yaşıllıqları məhv edən Hacıya arxa duran sirli "dayday" kimdir və bu himayədarlıq nə vaxta qədər davam edəcək?