Bakının tanınmış şirniyyat şəbəkələrindən olan “Azza”nın filialında istehlakçıların, xüsusən də azyaşlıların sağlamlığını təhlükəyə atan hadisə baş verib. Azadlıq prospektində yerləşən mağazadan alınan və son istifadə tarixinə hələ 3 gün qalan yoqurtun tamamilə qıcqırmış və xarab vəziyyətdə olduğu üzə çıxıb. Məhsulu açarkən kəskin və üfunətli qoxu ilə qarşılaşan ana, yoqurtu mağazaya qaytarsa da, rəhbərlik tərəfindən heç bir üzrxahlıq edilməyib. Əksinə, istehlakçıya "araşdırıb məlumat verəcəyik" deyərək soyuqqanlı münasibət göstərilib