Вернуться назад Распечатать

Bakı yarışında yanğın və xilasetmə missiyası: 186 marşalın xüsusi hazırlığı başladı-VİDEO

Sentyabrın 24-26-da Bakı küçələrində keçiriləcək növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi üçün hazırlıqlar indidən pik həddə çatıb. Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər Halqası yarış zamanı baş verə biləcək qəza və yanğınların operativ qarşısının alınması üçün hərəkətə keçib. FHN Akademiyasında 186 nəfər marşalın iştirakı ilə keçirilən xüsusi təlimin maraqlı detalları və yarış günü cəlb olunacaq texnikaların sayı eksklüziv süjetimizdə!!