Вернуться назад Распечатать

ADY-nın bilet böhranı: Vətəndaşlarımız günlərdir vağzalda yatır-VİDEO

"Kimi 3 gündür, kimi 10... İnsanlar öz pulları ilə vətənə qayıda bilmirlər!" — Tbilisidə Bakı qatarına bilet tapmaq istəyən onlarla Azərbaycan vətəndaşı günlərdir dəmir yolu vağzalında gecələyir. Bağlı quru sərhədləri və od tutub yanan təyyarə biletləri ailələri çarəsiz qoyub.
1xeber.media kassaların qabağında uşaqları ilə yollarda qalan həmvətənlərimizin acınacaqlı vəziyyətindən bəhs edən süjeti təqdim edir!