Вернуться назад Распечатать

Almaniyada təxribat cəhdi: Ələmdar Bünyadov Hikmət Hacıyev və Ceyhun Bayramova yaxınlaşdı-VİDEO

 
 Almaniyada işgüzar səfərdə olan Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə diqqətçəkən hadisə baş verib.

1xeber.media xəbər verir ki, İranın xüsusi xidmət orqanları ilə sıx əlaqələri olduğu iddia edilən və uzun müddətdir xaricdə yaşayan bloger Ələmdar Bünyadov Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramova yaxınlaşaraq müxtəlif əsassız iddialar səsləndirib.

Hadisə zamanı Hikmət Hacıyev və Ceyhun Bayramov təmkinlərini qoruyaraq əvvəlcə blogerin dediklərini dinləyiblər. Daha sonra səsləndirilən iddialara konkret faktlar əsasında cavab verərək Azərbaycanın mövqeyini ifadə ediblər. Müzakirə gərginlik yaşanmadan başa çatıb.

Hadisənin videogörüntüləri qısa müddət ərzində sosial media platformalarında yayılıb və geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, bu, Hikmət Hacıyevin xaricdə Azərbaycan əleyhinə çıxış edən şəxslərlə ilk belə qarşılaşması deyil. Daha əvvəl bloger Tural Sadıqlı ilə baş tutan dialoq da uzun müddət sosial şəbəkələrdə gündəm olmuş, geniş ictimai müzakirələr doğurmuşdu.

Baş verən son hadisə də xaricdə təşkil olunan tədbirlər zamanı bu cür təxribat xarakterli cəhdlərin davam etdiyini bir daha nümayiş etdirib.