Вернуться назад Распечатать

İssık-Kulda möhtəşəm açılış: Dövlət başçıları qolf meydançasına ilk zərbələri vurdular!-VİDEO

Prezident İlham Əliyev Qırğızıstanda Qolf Klubun açılışında iştirak edib.

30 iyul 2026-cı il tarixində baş tutan tədbirdə dövlət başçısı Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərindəki “Issyk-Kul Golf Resort” çoxfunksiyalı turizm kompleksinin ərazisini gəzib və qolf oyununun rəmzi başlama mərasiminə qatılıb. 120 hektarlıq ərazini əhatə edən layihə bölgədə ilboyu turizm axınını təmin etmək məqsədi daşıyır.