Bakı Apellyasiya Məhkəməsində "Arzum 9999" ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın barəsində aparılan cinayət işi üzrə növbəti məhkəmə baxışı baş tutmayıb.
1xeber.media-nın xəbərinə görə, məhkəmə iclası təxirə salınıb və növbəti proses avqustun 7-nə təyin edilib.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyun ayında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb.
İttihama əsasən, İlduzə Hacıyeva qəza baş verdikdən sonra hadisə yerini tərk edib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının ehtiyatsızlıqdan insan ölümünə səbəb olması) və 264-cü maddəsi (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) ilə ittiham irəli sürülüb.
Aysel