Вернуться назад Распечатать

ADSEA hərəkətə keçdi: Şirvan suvarma kanalındakı qəzanın fəsadları aradan qaldırılır-VİDEO

Şirvan suvarma kanalında baş verən qəzanın fəsadları aradan qaldırılır. Göyçay rayonu ərazisində bəndin yarılması nəticəsində yaranan sızmanın qarşısını almaq üçün dövlət qurumları,başda ADSEA olmaqla  hərəkətə keçib.

Hadisə yerinə dərhal ağır texnika və canlı qüvvə cəlb olunub. Kanalın zədələnmiş torpaq bəndində bərkitmə tədbirləri fasiləsiz olaraq gecə-gündüz rejimində həyata keçirilir. Hazırda ətraf yaşayış məntəqələri üçün hər hansı subasma təhlükəsi yoxdur.

Qeyd edək ki,son bir neçə gündə bölgədə yaranan su qıtlığının əsas səbəbi də məhz bu qəzadır. Bərpa işlərinin təhlükəsiz aparılması üçün kanalda suyun səviyyəsi müvəqqəti olaraq minimuma endirilib. Təmir işləri ən qısa zamanda yekunlaşdıqdan sonra əraziyə suyun verilməsi tam bərpa ediləcək."