Göytəpə meşəbəliyindən ana təbiətin fəryadını əks etdirən növbəti videogörüntülər yayılıb. Sakinlər rayondakı meşə massivində çoxəsrlik, sağlam palıd ağaclarının kütləvi şəkildə kəsildiyini iddia edirlər.
Sosial şəbəkələrdə paylaşılan video-müraciətdə vətəndaş bildirir ki, meşədə qəsdən ekoloji terror törədilir. Şikayətçinin iddiasına görə, atılan bəzi səhv qərarların acı nəticəsidir ki, hazırda Göytəpənin yaşıl incisi sayılan meşələr qırılır, sağlam ağaclar məhv edilir.
Zərərçəkən sakin bəzi məmurların verdiyi icazələrin təbiətə ciddi ziyan vurduğunu vurğulayaraq, Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılova müraciət edib. Vətəndaş nazirlik rəhbərliyindən Göytəpə meşəbəliyindəki bu kütləvi qırıntının dərhal dayandırılmasını və günahkarların cəzalandırılmasını tələb edir. Mövzunu diqqətdə saxlayacağıq