Vardanyanın fəaliyyətini yalnız humanitar missiya kimi qiymətləndirmək Talebin öz yazılarında dəfələrlə xəbərdarlıq etdiyi həmin "kor zonalar"ın qurbanına çevrilmək deməkdir.
Türk əsilli Amerika mühəndisi, tədqiqatçı və yazıçı Ergün Kırlıkovalı Livan əsilli amerikalı yazıçı Nassim Nikolas Talebə açıq məktub ünvanlayaraq onu Ruben Vardanyanla bağlı mövqeyinə yenidən baxmağa çağırıb.
E.Kırlıkovalının fikrincə, Talebin ictimai mövqeyi həm də Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarına qarşı empatiyanın olmamasından xəbər verir.
"Əsl humanizm bizdən əziyyətlərdən qazanc götürən nüfuzlu maliyyəçilərin deyil, məcburi köçkünlərin və təcavüz qurbanlarının tərəfində olmağı tələb edir. Sizi real və ya təxəyyül məhsulu olan şəxsi rəğbətinizi bir kənara qoymağa, Vardanyanın fəaliyyət şəbəkəsini özünüzün tətbiq etdiyiniz ciddi skeptisizm meyarları ilə qiymətləndirməyə və müdafiənizin doğurduğu ciddi etik nəticələri yenidən nəzərdən keçirməyə çağırıram", - məktubda bildirilib.