ADSEA qəza bölgəsində: Kanalda təmir işləri və əhalinin su təchizatı nəzarətdədir-VİDEO
Təmir davam edir, su daşınır: Ucar sakinlərinin su problemi həll olunur
Yuxarı Şirvan suvarma kanalında baş verən qəza səbəbindən Ucar rayonunda su təminatında müvəqqəti fasilələr yaranıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) əhalinin köməyinə dərhal xüsusi su maşınları ilə çatıb. Kanalın zədələnmiş bəndində təmir-bərpa işləri gücləndirilmiş rejimdə davam etdirilir. Fəsadlar tam aradan qaldırılana qədər sakinlərin su ehtiyacı alternativ yollarla fasiləsiz qarşılanacaq. Qəza zonasından ən son görüntülər və operativ video-süjetimizdə!