Вернуться назад Распечатать

Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb-VİDEO

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunmuş əmlaklarının satış prosesində yeni yenilik var. Keçmiş məmurun Yasamal rayonunda yerləşən, 5-ci dəfə hərraca çıxarılan 370,4 kvadratmetrlik geniş mənzili 50 faiz endirimlə 463 min 125 manata satılıb. Digər tərəfdən, Binəqədi rayonundakı 61,1 kvadratmetrlik ikinci mənzil isə alıcı tapmadığı üçün avqustun 18-də heç bir qiymət endirimi edilmədən, ilkin dəyəri olan 175 min manatla artıq 6-cı dəfə açıq hərraca çıxarılacaq.

Xatırladaq ki, DTX tərəfindən 2021-ci ildə həbs olunan Səlim Müslümov xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrar rüşvət alma maddələri ilə ittiham olunub.