"Allahın şəlaləsini vətəndaşa pulla satırlar!" – Qaxın vizit kartı sayılan məşhur Ramramay şəlaləsində rəsmən soyğunçuluq mexanizmi işə düşüb. İlisu Dövlət Qoruğu heç bir infrastruktur qurmadan, yolları təmir etmədən əraziyə gələn hər bir turistdən məcburi şəkildə əlavə 2 manat rüsum yığmağa başlayıb. Bu addım bölgədə çətinliklə çörək pulu qazanan yerli sürücüləri və daxili turizmin baha olmasından bezən vətəndaşları ayağa qaldırıb. "Rəsmi reketlikdir" deyərək üsyan edən yerli əhalinin sərt etirazı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin növbəti turizm biabırçılığı və şok detallar xüsusi süjetimizdə!