Вернуться назад Распечатать

Samuxun əkin sahələrində suvarma ilə bağlı vəziyyət necədir? - Təsərrüfatçılar ADSEA-dan razıdır-VİDEO

Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatı sahəsində həyata keçirilən genişmiqyaslı meliorativ tədbirlər yerli təsərrüfatçıların böyük razılığına səbəb olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Samux Suvarma Sistemləri İdarəsinin operativ addımları sayəsində rayonda 30 min hektara yaxın torpaq sahəsinin su təminatı tamamilə dayanıqlı vəziyyətə gətirilib. 600-dən çox subartezian quyusunun və strateji nasos stansiyalarının fasiləsiz iş rejiminə keçirilməsi, həmçinin tətbiq edilən ədalətli növbəlilik qrafiki su itkisinin və kəndlilər arasında yaranan narazılıqların qarşısını kökündən alıb. Tarlalarda bol məhsulun yetişməsindən və dövlət qurumunun işindən ürəkdolusu danışan Samux fermerlərinin real rəyləri, infrastrukturun yenilənməsi layihələri və bütün təfərrüatlar xüsusi reportajımızda.