Вернуться назад Распечатать

Zeynal Nağdəliyevin oğluna vəzifə verildi-VİDEO

Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

1xeber.media-nın  məlumatına görə, dövlət başçısının Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nemət Nağdəliyev Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin oğludur.

Nemət Nağdəliyev 2017-ci ilin oktyabr ayında Azərbaycanın Polşadakı səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin olunmuşdu.