Gəncədə şəhidlərin xatirəsinə hörmətsizlik: 20 Yanvar abidəsi zibillik içində, əbədi məşəl sönüb – VİDEO
Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən 20 Yanvar şəhidlərinin xatirə abidəsi tamamilə baxımsız vəziyyətə düşüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidə uzun müddətdir təmizlik işlərinin aparılmadığı, yaşıllıqların quruduğu və qaz kəsildiyi üçün əbədi məşəlin söndüyü əks olunub. Sakinlərin etirazına səbəb olan acınacaqlı mənzərəni təqdim edirik.