Вернуться назад Распечатать

ŞƏHİD MƏZARINDAN OĞURLUQ EDƏNLƏR! – Əmircandakı vandalizm hər kəsi ayağa qaldırdı!-VİDEO

Mənəviyyatın bitdiyi son nöqtə!  Əmircan Şəhidlər xiyabanındakı bu rəzalət hər kəsi ayağa qaldırdı!
Vətən naminə canından keçən qəhrəmanlarımızın əbədi istirahətgahına qarşı dözülməz hörmətsizlik edilib. Naməlum vandallar şəhid məzarlarının ətrafını dağıdaraq, ailələrinin böyük ehtiramla əkdiyi dekorativ ağacları söküb oğurlayıblar. Sosial şəbəkələrdə yayılan və böyük hiddət doğuran görüntülərdən sonra Daxili İşlər Nazirliyi təcili hərəkətə keçdi! Şəhid anasının əkdiyi gülü, ağacı oğurlayan o çirkin əllərin sahibləri kimlərdir? Polisin başladığı xüsusi təhqiqatın və bu sarsıdıcı hadisənin gizli qalan təfərrüatları fərqli və kəsərli süjetimizdə!