Bakı avtobuslarında rəqəmsal soyğunçuluq: Kartdan pul silinir, aparat “yoxdur” deyir! Paytaxt nəqliyyatında nağdsız ödəniş sistemi vətəndaşın cibinə qanuni yolla girmək vasitəsinə çevrilib. AYNA-nın xəttə buraxdığı 217 saylı marşrutda və digər xətlərdə sərnişinlər kütləvi şəkildə ikiqat ödənişə məcbur edilir. Kartdan pulun çıxılmasına baxmayaraq, cihazların qəsdən "balans yoxdur" xətası verməsi və AYNA ilə "BakıKart"ın məsuliyyəti bir-birinin üzərinə atması nədən xəbər verir? Talanan minlərlə manatın pərdəarxası və qurumların bürokratik oyunu süjetimizdə!/bizimesr.media/