Nizami rayonu, Şirin Mirzəyev küçəsi 68A və 76A ünvanlarında yaşayan sakinlər binaların arasındakı dar həyət sahəsinin qanunsuz olaraq talan edildiyini iddia edirlər. Əvvəllər sənədsiz və yarımçıq olan tikiliyə şəhərsalma normaları tamamilə tapdanaraq hansı əsaslarla rəsmi sənəd verilib? Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi niyə görməzdən gəlinib? Sakinlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən təcili olaraq yerində araşdırma tələb edirlər. İki binanın ortasındakı gərgin vəziyyət, sakinlərin haqlı üsyanı və cavabsız qalan konkret suallar süjetimizdə...Gundemxeber.org