Вернуться назад Распечатать

Yarımstansiyada praktiki sınaq! – Şəbəkənin memarları Hadrut finalına hazırlaşır-VİDEO

AZƏRİŞIQ” ASC-DƏN BÖYÜK LAYİHƏ: Şəbəkənin gənc memarları Qəbələdə yarışdı, böyük final Qarabağda olacaq! 
“Azərişıq” ASC-nin təşkilatçılığı ilə keçirilən “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışı bütün sürəti ilə davam edir. Qəbələdə yerləşən müasir “Hacıalılı” yarımstansiyasında baş tutan regional turda Şimal-Qərb regionunun 8 güclü komandası həm nəzəri, həm də çətin praktiki sahədə güclərini sınayıblar. Gərgin mübarizənin sonunda bütün rəqiblərini geridə qoyan “Qax EŞ” komandası Hadrutda keçiriləcək böyük finala vəsiqə qazanıb. Regional turnirin ən həyəcanlı anları, xüsusi poliqon sınaqları və maraqlı görüntülər süjetimizdə...