Vətəndaşın şok iddiası: 'Şahbuz su idarəsi 40 illik əməyimi qanunsuz şəkildə məhv edir!'
Naxçıvan şəhər qeydiyyatında olan, lakin Şahbuz rayonunda təsərrüfatla məşğul olan vətəndaş Məmmədov Rəhman Nəriman oğlu redaksiyamıza müraciət edərək yerli məmurları kəskin ittiham edib. Şikayətçi iddia edir ki, Şahbuz rayon Su İdarəsi heç bir rəsmi səbəb və xəbərdarlıq etmədən onun suvarma suyunu tamamilə kəsib. Yay istisində susuz qalan 40 illik çoxillik meyvə ağaclarının göz görə-görə quruduğunu deyən vətəndaşın fəryadı və aidiyyəti yuxarı qurumlara çağırışı süjetimizdə!