Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinin (UzA) suallarını cavablandırarkən iki ölkə arasındakı humanitar və mənəvi bağların gücünü xüsusi qeyd edib. Dövlət başçısı müsahibəsi zamanı işğaldan azad edilmiş Qarabağın bərpasına qardaş Özbəkistanın verdiyi tarixi töhfəyə toxunub və xüsusi minnətdarlığını ifadə edib.