Вернуться назад Распечатать

Azərbaycan və Özbəkistan Türk dünyasında əməkdaşlığı genişləndirir-VİDEO

Azərbaycan və Özbəkistan Türk dünyasında əməkdaşlığı genişləndirir
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. İki ölkə arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də birgə fəaliyyət davam edir.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Özbəkistanı ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Bu yaxınlıq dövlətlərarası münasibətlərdə də özünü göstərir.