Azərbaycan mediası Daşkənddə: Prezidentlərin tarixi görüşü yerindən işıqlandırılır-VİDEO
Prezident İlham Əliyevin Özbəkistana tarixi səfəri başlayır: Azərbaycan mediası Daşkənddə!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu ölkəyə dövlət səfərinə yola düşüb. İki ölkə arasında strateji tərəfdaşlığı yeni mərhələyə daşıyacaq bu mühüm səfəri işıqlandırmaq məqsədilə Azərbaycan mediasının nümayəndələri artıq Özbəkistandadır.