Вернуться назад Распечатать

Daşkənddə Qarabağ mesajı: Azərbaycan Prezidenti Özbəkistanın xüsusi rolunu qeyd etdi-VİDEO

“İlk Yardımı Özbəkistan Göstərib” – İlham Əliyev Daşkənddə Şavkat Mirziyoyevin Qarabağdakı Xüsusi Rolunu Açıqladı!

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Daşkənddə keçirdiyi birgə mətbuata bəyanatında Qarabağın yenidən qurulması prosesinə toxunub. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlb olunmasında özbək həmkarının müstəsna xidmətlərini yüksək qiymətləndirib. Füzulidəki 960 şagird yerlik məktəbi və bölgədə fəaliyyətə başlayan ilk iri sənaye müəssisəsini xatırladan İlham Əliyev, qarşıda daha böyük müştərək layihələrin olduğunu bəyan edib.