Enerji itkisi minimuma endiriləcək-Qarabağda böyük quruculuq-VİDEO
QARABAĞDA BÖYÜK QURUCULUQ: AĞDƏRƏNİN KƏNDLƏRİNDƏ ELEKTRİK ŞƏBƏKƏSİ TAMAMİLƏ YENİDƏN QURULUR!
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, “Azərişıq” ASC azad edilmiş ərazilərimizdə elektrik təsərrüfatını müasir standartlara uyğun şəkildə yeniləyir. Doğma yurdlarına qovuşan Ağdərə sakinləri artıq keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar.
Layihə çərçivəsində Həsənriz, Kolatağ, Qozlu, Çıldıran, Çardaxlı, Meqrelatay, Aşağı Oratağ, Çapar, Heyvalı və Vəngli kəndlərində yeni transformatorlar quraşdırılır, metal dayaqlar basdırılır və müasir izolyasiyalı naqillər çəkilir.