Вернуться назад Распечатать

Su təminatında analitik dövr: İstehlakçılar üçün yeni QR platforması təqdim olundu-VİDEO

SU XİDMƏTLƏRİNDƏ RƏQƏMSAL DÖVR: YENİ "QR BƏLƏDÇİ" PLATFORMASI İSTİFADƏYƏ VERİLDİ!

 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların su xidmətləri ilə bağlı məlumatlara və e-xidmətlərə çıxışını daha da asanlaşdırmaq üçün innovativ rəqəmsal həll təqdim edib.
Əsas üstünlüyü nədir? Smartfonunuzla QR kodu oxudaraq yaşadığınız şəhər və ya rayonu seçirsiniz. Sistem avtomatik olaraq sizə xidmət göstərən yerli qurumu təyin edir və bütün zəruri müraciət qaydalarını vahid platformada önünüzə gətirir.
 Analitik imkanları sayəsində vətəndaşların ehtiyaclarına uyğun olaraq davamlı təkmilləşdiriləcək bu platformanın funksiyaları gələcəkdə daha da genişləndiriləcək. Rəqəmsal imkanlardan faydalanın!