Вернуться назад Распечатать

İmişli icra başçısı və onun ətrafı haqqında şok iddialar-Rzayevin Bakıdakı "himayədar"ı kimdir?-VİDEO

İmişlidə şok korrupsiya ittihamları: Məscid əmlakı mənimsənilib, icra başçısının adı çəkilir

İmişli rayonunda dövlət qanunlarını və inanclı insanların hisslərini hədəf alan ciddi korrupsiya mexanizminin qurulduğu iddia edilir. Redaksiyamıza daxil olan şok şikayətdə, birbaşa rayon rəhbərliyi və yerli məmurlar ağır cinayət əməllərində ittiham olunur.
İddialara görə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı və onun yaxın ətrafının təzyiqləri nəticəsində rayonda böyük nüfuza malik din xadimi, məscidin axundu Hacı Adıgözəl İmişlidən didərgin salınıb. Təhlükəsizliyindən narahat olan din xadiminin öz vəsaiti hesabına tikdirdiyi  xeyir-şər evinin, sonradan İmişli şəhər icra nümayəndəsi Fuad Kərimovun anasının adına sənədləşdirildiyi bildirilir.Ətraflı süjetdə!