Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Ziyafət Tağıyeva vəzifəsindən azad edilib.
1xeber.media xəbər verir ki,Faktum.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Xatırladaq ki, Hövsan Sağlamlıq Mərkəzi 2024-cü ilin noyabr ayında istifadəyə verilib və elə həmin vaxtdan etibarən Ziyafət Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsində çalışırdı.
Qeyd edək ki, Ziyafət Tağıyevanın Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun qudası olduğu deyilir. Onun oğlu isə Yevlax rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevdir.