DƏRMAN YOXDUR" BƏHANƏSİ, BİTMƏYƏN İZDİHAM – ŞƏMKİR SƏHİYYƏSİNDƏ RƏZALƏT!
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından gələn son görüntülər ölkə səhiyyəsindəki islahatların real mənzərəsini ortaya qoyub. Saatlarla növbədə gözləyən, taqətdən düşən şəkərli diabet xəstələri həyati vacib preparatları ala bilmirlər. "Sistem işləmir" bəhanəsi ilə geri qaytarılan xəstələr koma təhlükəsi ilə üz-üzədir. Dövlətin pulsuz ayırdığı dərmanlar haradadır? TƏBİB bu insanlıq dramına niyə göz yumur?