Bişkekdə mühüm qərarların qəbul olunduğu sammit həm də intensiv kulis arxası və ayaqüstü diplomatiyası ilə yaddan qalıb. İclas çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ayaqüstü mühüm söhbət baş tutub. Liderlər olduqca səmimi şəraitdə keçən qısa fikir mübadiləsi zamanı ikitərəfli əlaqələri və regionda yaranmış cari vəziyyəti ətraflı müzakirə ediblər.