Prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bişkekə rəsmi səfəri çərçivəsində, avqustun 31-də baş tutan liderlərin tarixi təkbətək görüşünün ardınca mühüm işçi qrupu təmasları reallaşıb. Sentyabrın 1-də Bişkek sammiti çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ermənistan Respublikası Parlamentinin (Milli Məclis) sədri Alen Simonyan arasında işgüzar görüş keçirilib