Bişkekdə 48 saatlıq gərgin marafon: Prezident İlham Əliyevin rəsmi və kulisarxası görüşlərindən ÖZƏL VİDEOSÜJET
Azərbaycan Prezidentinin Qırğızıstana işgüzar səfəri bu gün uğurla başa çatdı. İki gün ərzində rəsmi Bakı həm Şərqin, həm də Qərbin diqqət mərkəzində oldu. Bəyanatlardan pərdəarxası məqamlara, Ermənistan, İran və Qazaxıstan liderləri ilə dünənki mühüm görüşlərdən, bu gün Ərdoğan, Putin və Modi ilə aparılan kritik təmaslara qədər bütün təfərrüatlar, o cümlədən liderlərin şərəfinə verilən ziyafətdə qırğız sənətçilərin “Azərbaycan” nəğməsi ilə etdiyi möhtəşəm jest və sammitdə BMT-yə ünvanlanan kəsərli bəyanat 2 dəqiqəlik xüsusi videosüjetimizdə.