Kreml Bakının Azərbaycan Hava Yollarının “Embraer 190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı üzr istəmək çağırışlarını eşidib, lakin istintaqın rəsmi yekunu olana qədər şərh vermək hüququna malik deyil.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Biz bunu, şübhəsiz ki, gördük, amma bir daha təkrar edirəm, artıq dediklərimə əlavə edəcəyim heç nə yoxdur”, - Kremlin mətbuat xidmətinin rəhbəri qeyd edib.